
Xəbər verdiyimiz kimi, nəhayət ki, bu gün uzun illərdən sonra Dövlət Gömrük Komitəsinin yeni müasir binasının ölkə başçısı səviyyəsində açılışı oldu.
Ancaq bu bina bu yerə gələnədək nələr görüb, nələr…
Xatırladaq ki, bu binanın tikintisinə başlanılması qərarı hələ Aydın Əliyevin dövründə verilmişdi.
Ancaq onun dövründə yekunlaşa bilmədi.
Belə ki, o, 2018-ci ci ildə tutduğu vəzifəni itirdi.
Bundan sonra isə bu vəzifəyə Səfər Mehdiyev təyin olundu.
Bina isə yenə görəcəyini gördü, gələn gəldi, gedən getdi…
Beləliklə, yeni binada oturmaq heç Səfər Mehdiyevə də yox, onun yerinə təyin olunan Şahin Bağırova qismət oldu.
Qeyd edək ki, DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilmişdi. Bu əməliyyatlarda 2-si general olmaqla, bir qrup vəzifəli şəxs həbs olunmuşdu.
Həbs olunanlara vəzifə cinayətləri ittihamı irəli sürülmüşdü.
Onu da bildirək ki, Səfər Məmməd oğlu Mehdiyev 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri idi.
Elmar