
İran-İsrail müharibəsində raketlər təkcə hədəfləri deyil, həm də duyğuları vurdu. İsrail şəhərləri İranın 4 cəbhədən həyata keçirdiyi hücumlarla sarsılarkən, Livan xalqı damda səmada atılaın raketləri əyləncə ilə seyr edərək keçmişin ağrısını və bu günün qəzəbini yenidən yaşadı.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, İran və İsrail arasındakı müharibə dünya gündəmində.
Dörd fərqli bölgədə hərbi əməliyyatlar aparan İsrail İranın raket zərbələrinə qarşı şəhərkərini müdafiə etməkdə böyük çətinlik çəkir.
İranın 4 gündə atdığı 500-ə yaxın raket hücumuna Yəməndən göndərilən raketlər və PUA-lar dəstək verib. Bu raketlər düşdüyü yeri yandıraraq ətraf ölkələr üçün işıq şousuna çevrilib.
İran və İsrailin hava məkanı təhlükəsizlik məqsədilə tamamilə bağlanıb. Lakin bu, yüksək hündürlükdə uçan təyyarələrin İrandan atılan raketləri görməsinə mane olmayıb. Yerdən qalxan raketlər batmaqda olan günəşin qarşısını kəsib.
İsrailin hücumlarının ölkəyə ciddi ziyan vurduğu və çoxlu sayda mülki vətəndaşın İsrailin bombardmanları nəticəsində həlak olduğu Livanda raketin atılması bayram kimi qeyd edilib. Livan səmasında görünən İran raketlərinin ardınca damda şənliklər və dostlarla görüşlər keçirilib. Minlərlə livanlı İsrailin Hizbullaha qarşı müharibəsi zamanı Beyrutda və bölgədə mülki insanları hədəf almasını bağışlamayıb.
Bir çox livanlı üçün İranın hücumu onlara öz əzablarını xatırlatdı və İsrailin əməliyyatlarına qəzəbi yenidən alovlandırdı.