“Cəhənnəmi İsrailə gətirəcəyik” -İran parlamentinin sədri

İran ordusu heç bir qırmızı xətt tanımayan “qəddar” İsrail düşmənini aciz vəziyyətə salacaq.

Gununsesi.info xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bazar ertəsi parlamentin açıq iclasında deyib.

O bildirib ki, sionistlərin son gecələrin kabusu və İsrailin cinayətlərini törədənlərin böyük qorxusu, təcavüzkar peşman olub cəzasını alana qədər davam edəcək:

İran qoşunları düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarına şahid olacaq. Hamımız yaxşı başa düşməliyik ki, fövqəladə vəziyyətdəyik və düşmənimiz heç bir qırmızı xətt tanımır. Yekun qələbə qaçılmazdır, amma bu yolun öz eniş-yoxuşları var”– deyə o vurğulayıb.

Qalibaf qeyd edib ki, İran xalqı – müxtəlif millət və qruplardan ibarət – qəddar düşmən qarşısında birləşərək Silahlı Qüvvələrə dəstək verib.

O həmçinin bildirib ki, düşmən işğalçılıq siyasətini idrak müharibəsi üzərində qurulan hibrid müharibə şəraitində aparır.

Günay

Gununsesi.info