
ABŞ Prezidenti Donald Tramp amerikalı qanunvericilərdən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsinə baxılmasını təxirə salmağı xahiş edib.
Gununsesi.info xəbər verir ki, bunu Senatın Xarici Əlaqələr Komitəsinin sədri Rocer Uiker deyib.
Söhbət Rusiyadan neft və digər faydalı qazıntılar alan ölkələrə 500 faizlik rüsumların tətbiqini təklif edən qanun layihəsindən gedir.
Bundan əvvəl ABŞ senatoru Riçard Blumental bildirmişdi ki, Ağ Ev Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinin məqsədəuyğunluğuna hələ də şübhə edir. O, bu mövqeyi qətiyyətsiz adlandırıb.