Tramp və Putin arasında telefon danışığı oldu

  • By Günel
  • 04 İyun 2025 21:14

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Sözügedən telefon danışığı 1 saat 15 dəqiqə davam edib.

O qeyd edib ki, ki, o, Putinlə Ukraynanın Rusiyadakı aerodromlara hücumunu müzakirə edib: “Söhbət yaxşı keçdi. Amma dərhal sülhə gətirib çıxarmayacaq”.

Tramp Putinlə İranın nüvə məsələsini də müzakirə etdiyini vurğulayıb.

Gununsesi.info