Sergey Şoyqu Kim Çen Inlə bu məsələni müzakirə ediblər

  • By Günel
  • 04 İyun 2025 21:34

Şimali Koreya lideri Kim Çen In və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna ətrafındakı vəziyyəti və Koreya əsgərlərinin Kursk bölgəsinin azad edilməsində göstərdiyi şücaəti müzakirə edib, həmçinin regionun bərpası barədə danışıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.

“Beynəlxalq gündəliyin geniş spektri məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyət, Rusiya ilə Şimali Koreya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri üzrə ətraflı dialoq aparılıb”, – Rusiya Təhlükəsizlik Şurası qeyd edib.

Bildirilir ki, rayonun işğaldan azad edilməsinə mühüm töhfə vermiş koreyalı əsgərlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində konkret addımlar atılacaq. Şoyqu və Kim Çen In Kursk vilayətinin bərpası perspektivlərini də müzakirə ediblər.

Gununsesi.info