Xəlil Tramp administrasiyasından 20 milyon dollar təzminat tələb edir - FOTO

  • By Günel
  • 11 İyul 2025 09:33

Mart ayında Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən saxlanılan və iyunun 21-də sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlil Tramp administrasiyasına qarşı 20 milyon dollarlıq iddia qaldırıb.

 Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda yerləşən Konstitusiya Hüquqları Mərkəzi məsələ ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda bildirilir ki, Xəlil siyasi motivli həbsi və saxlanması nəticəsində ona dəyən zərəri ətraflı danışıb və Tramp administrasiyasından 20 milyon dollar təzminat və rəsmi üzr istəməsini istəyib.

Xəlil “Bu, məsuliyyətə doğru ilk addımdır. Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Travma, həyat yoldaşımdan ayrılıq, ilk uşağımın dünyaya gəlməsi”,- deyə bildirib. Bəyanatda siyasi qisas və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə cavabdehliyin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, ABŞ-dəki etirazlara rəhbərlik edən Kolumbiya Universitetinin aspirantı, fələstinli fəal Mahmud Xəlil martın 3-də həyat yoldaşı ilə evinə daxil olarkən saxlanılıb.

Vəkili Amy Greer bildirib ki, Xəlil ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən həbs edilib və onun yaşıl kartı həyat yoldaşının amerikalı olmasına baxmayaraq ləğv edilib.

Vəkilləri məhkəməyə müraciət etdikdən sonra Halilin deportasiyasına müvəqqəti qadağa qoyulub və iyunun 20-də Halilin barəsində irəli sürülən ittihamların həbsdə saxlanmasını əsaslandırmaq üçün yetərli olmadığı əsas gətirilərək onun zaminə buraxılmasına qərar verilib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio sosial media hesabından paylaşdığı mesajda “Amerikadakı Həmas tərəfdarlarının deportasiya oluna bilmələri üçün viza və ya yaşıl kartlarını ləğv edəcəyik”,- deyə bildirmişdi.

Filistinli aktivist Halil'den, Trump yönetimine 20 milyon dolarlık tazminat davası

Günel

Gununsesi.info