Goranboyda iki yaşlı uşaq xlordan zəhərləndi

  • By Günel
  • 08 İyul 2025 09:25

Goranboyda az yaşlı kimyəvi maddədən zəhərlənib.

Gununsesi.info xəbər verir ki, Veyisli kənd sakini, 2023-cü il təvəllüdlü Əbülfəz Verdiyev xlor içərək zəhərlənib. Kimyəvi maddə evdə ziyanverici həşəratlara qarşı istifadə edilirmiş.

Azyaşlı xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib.

Vəziyyəti kafidir. Hadisə ehtiyatsızlıqdan baş verib.

Gununsesi.info