“Sputnik Azərbaycan”ın əməkdaşları həbsdə saxlanıldı

Bu gün Bakı məhkəməsi “Sputnik”in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.

Gununsesi.info xəbər verir ki, birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlanılıb.