
Gəncədə yerləşən 5 otaqlı fərdi yaşayış evi yanır.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq küçəsi birinci dalan, ev 10 ünvanında qeydə alınıb.
İsmayıl Ələsgərova məxsus 5 otaqlı evdə anidən yanğın başlayıb.
İlkin məlumata görə, ümumi sahəsi 94-kvm olan tikilinin 81 kv yanıb. Həmçinin alov qonşuluqdakı tikilinin dam örtüyünə də keçib.
Alovun söndürülməsi istiqamətində iş aparılır. Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində yaşanan qısaqapanmanın olduğu deyilir.
***
Gəncədə fərdi yaşayış evlərinin birində yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq küçəsində yerləşən evlərindən birində qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.