
Buenos-Ayresdə futbol əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Maradonanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məşhur futbolçunun müalicəsinə cavabdeh olan 7 tibb işçisi “qəsdən adam öldürmə ehtimalı” ittihamı ilə mühakimə olunur.
İddia olunur ki, Maradonanın neyrocərrahı Leopoldo Luke və psixiatr Aqustina Kosaçov da daxil olmaqla tibb işçiləri lazımi tibbi yardım göstərməmiş və səhlənkarlığa yol verərək Maradonanın səhhətinin pisləşməsinə səbəb olmuşlar.
Maradonanın qızı Caninna Maradona iş üzrə ifadə vermək üçün məhkəməyə gəlib.
O, bildirib ki, təqsirləndirilən şəxslər təqsirli bilinərsə, 8 ildən 25 ilədək həbs cəzası ala bilərlər.
Maradonanın keçmiş həyat yoldaşı Veronika Ojeda iş üzrə ifadə vermək üçün məhkəməyə gəlib.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə Buenos-Ayres yaxınlığındakı evində 60 yaşında vəfat edib.
Müayinə zamanı məlum olub ki, Maradona ürək çatışmazlığından ölüb.
Orxan