Sabiq prezident vəfat edib

Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki,  bu barədə Uruqvayın rəsmi mənbələri məlumat yayıb.

Xose Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti vəzifəsini yerinə yetirib. Buna qədər o, kənd təsərrüfatı naziri və digər vəzifələrdə çalışıb. Muxika prezidentliyi dövründə həyata keçirdiyi bir sıra ciddi islahatlarla yadda qalıb.

Gununsesi.info