
Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Gununsesi.info xəbər verir ki, Bəhruz Əhmədov həm II Qarabağ müharibəsində, həm də digər döyüş əməliyyatlarında hərbi prokurorluğun fəaliyyət istiqamətləri üzrə yaxından iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkənin ərazi bütövlüyünün təmin olunmasında iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Xidməti dövründə “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” medalları, “Prokurorluğun fəxri işçisi” döş nişanı və digər çoxsaylı dövlət təltifləri və mükafatlara layiq görülmüşdür.
Qeyd edək ki, Bəhruz Əhmədov 2020-ci ilin oktyabr ayından etibarən Ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.
Elmar