
Naxçıvan Muxtar Respublikasının (MR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlamalar aparılır.
Gununsesi.info xəbər verir ki, müvafiq qurumlar tərəfindən yoxlamalar nazirliyin aparatında və idarələrində həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qurumda heç bir yoxlama aparılmır. Rəsmi açıqlamada deyilir ki, Naxçıvan Fövqəladə Hallar Nazirliyi normal rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Naxçıvan MR-in fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevdir.