
ABŞ Prezidenti Donald Tramp Qətər hökumətinin təklif etdiyi lüks təyyarənin müvəqqəti olaraq ölkəsini Hərbi Hava Qüvvələrində istifadə ediləcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Bundan başqa, mediada D.Trampın həmin təyyarəyə qalxan yerdə görüntüləri yayılıb.
Daha əvvəl Tramp Qətərin hədiyyəsini “sərmayə” adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz.
Qeyd edək ki, ötən həftənin sonunda ABC News Qətərin ABŞ-yə “uçan saray” kimi tanınan Boeing 747-8 təyyarəsi hədiyyə edəcəyi barədə məlumat vermişdi.