
Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında saziş imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənədlər mayın 13-də Ukrayna Dövlət-Özəl Tərəfdaşlığa Dəstək Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası arasında imzalanıb. Fond işinə mayın 23-də başlayacaq.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko yaradılan fond barədə deyib: “Ukrayna ABŞ ilə birgə bərpa fondunun yaradılması üçün bütün zəruri prosedurları başa çatdırıb. ABŞ ilə saziş Ukraynanın milli maraqlarını nəzərə alır və fondun birgə idarə edilməsini və Amerika ilə investisiyaları nəzərdə tutur”.