Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 01:51-də qeydə alınan zəlzələ 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ bütün Muğla və ətraf vilayətlərdə hiss olunub.

Gununsesi.info