Azərbaycanda nazir koronovirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronovirusa (COVID-19) yoluxub.

Gununsesi.info – nun məlumatıəna görə, nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak etməyib.

Nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.

“Testi nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.

Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri “Yeni Sabah” yayıb.

Xatırladaq ki, nazir dünən Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.

Gununsesi.info