Netanyahunun işğalla bağlı açıqlaması

İsrailin baş naziri Benyamin Netanyahu, “İsrail ordusu bütün gücü ilə Qəzzaya girəcək” deyərək fələstinlilərin bölgədən qovulacağına işarə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bir müddətdir müzakirə edilən və geniş tənqidlərə səbəb olan Qəzzanın tammiqyaslı işğal planı ilə bağlı açıqlama verib .

Netanyahu açıqlamasında blokadanın davam edəcəyini vurğulayaraq, “İsrail ordusu önümüzdəki günlərdə bütün gücü ilə Qəzzaya girəcək. Qəzzalıları alacaq ölkələr tapmağa çalışırıq. Qəzzada müharibəni dayandıra biləcəyimiz bir vəziyyət yoxdur” deyib.

Qeyd edək ki, keçən həftə minlərlə ehtiyatda olan İsrail əsgəri cəbhə xəttinə çağırıldı, İsrail Nazirlər Kabineti Qəzzanın işğalını genişləndirmək planını təsdiqlədi.

İsrail rəsmisinin sözlərinə görə, təsdiq edilmiş genişləndirilmiş hücum bütün anklavın ələ keçirilməsi ilə nəticələnə bilər.

Orxan

Gununsesi.info