Bakı sakinini evakuator vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Murad Siyasət oğlu yolu keçərkən onu evakuator xidməti ilə məşğul olan yük maşını vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info