BMT binasının maraqlı sistemi

Qlobal istiləşmənin təsirləri günü-gündən artdıqca Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı binasının soyutma sistemi diqqət çəkir. On illərdir ki, bina çaydan gələn su ilə soyudulur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyada temperatur yüksəldikcə kondisionerlərə ehtiyac günü-gündən artır.

Kondisionerlərə alternativ axtarışlar aparılır.

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı binası bu baxımdan diqqətəlayiq nümunədir.

Bina üzərində yerləşdiyi Şərq çayının suyu ilə soyudulur.

Fiberglas borular vasitəsilə binanın soyutma sisteminə dəqiqədə 26 min litr su vurulur.

Sistemin istifadə etdiyi su yenidən çaya buraxılır.

Proses zamanı kimyəvi maddələrin suya sızmamasına da diqqət yetirilir.

Orxan

Gununsesi.info