Azərbaycanda Hərbi prokuror təyin edildi

Azərbaycanda yeni Hərbi prokuror təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Qeyd edək ki, bundan əvvəlki Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti ötən ay başa çatıb.

 

 

Gununsesi.info