
Bir neçə gün əvvəl xuliqanlıq ittihamı ilə həbs edilən 44 Günlük Vətən Müharibəsinin qazisi, Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev ev dustaqlığına buraxılmasını istəyir.
Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic bildirib.
“Mayın 14 də müharibə əlili, bir gözünü itirmiş, digər gözünün sadəcə 5 faiz görmə qabiliyyəti qalmış, ba şında qəlpə qalan, hazırda hər iki gözündən irin gələn, müharibədə kontuziya almış, hazırda psixatiriya mərkəzinə yerləşdirilmiş, reabiltasiyaya-xüsusi müalicəyə ehtiyacı olan Hacı Vəliyevin ev dustaqlığına dair verdiyimiz vəsatətə, saat 11:30-da Xətai Məhkəməsində baxılacaq. Onsuz da sağlamlığını itirən Hacının xüsusi reabilitasiyaya ehtiyacı var”.
Günay
Gununsesi.info