Maskın “vətəndaş” imtiyazı: Cənubi Afrikalılar ABŞ-yə yollanır

ABŞ xüsusilə Yaxın Şərq ölkələrindən olan qaçqınların üzünə qapılarını bağlayıb. Bunun yeganə istisnası Cənubi Afrikalı ağdərililərdir ki, onlar “qaraların hakimiyyəti altında irqçiliklə üzləşirlər”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Əfqanıstan və Yaxın Şərq ölkələrindən ABŞ-yə sığınacaq müraciətləri tamamilə dayandırılıb.

Bununla belə, ABŞ ağdərili Cənubi Afrikalılar üçün xüsusi proqram başlatdı.

Cənubi Afrikadan yola düşən 49 nəfərlik ilk qrup Vaşinqtona gəlib. Qapılarını demək olar ki, bütün dünyaya bağlamış ABŞ-yə qaçqın kimi qəbul edildilər.

Onlar Tramp administrasiyasından “qara dərililərin rəhbərlik etdiyi” irqçiliyə məruz qaldıqları üçün sığınacaq alıblar.

Cənubi Afrikadakı ağdərililərin əksəriyyəti əsrlər əvvəl bölgəyə gələn holland fermerlərin nəslindən olan “afrikaner” etnik qrupundandır.

ABŞ prezidenti Donald Tramp iddia edir ki, bu etnik qrup Cənubi Afrikada qaradərili hökumət tərəfindən irqi ayrı-seçkiliyə məruz qalır.

Məlumatlara görə, Cənubi Afrikada ağ azlıq qrupunun üzvlərinin məskunlaşdırılması planının bir hissəsi olaraq ABŞ-a təxminən 70,000 sığınacaq müraciəti edilib. Donald Trampa ən yaxın adlardan biri olan İlon Mask da 1971-ci ildə Cənubi Afrikada anadan olub.

 

Orxan

Gununsesi.info