Cahangir Babayevə Avropa Karate Federasiyasında vəzifə verildi

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə AKF-dən məlumat verilib.

Qeyd edək ki, C.Babayev komitədə təmsil olunan 7 üzvdən biri olacaq.

Gununsesi.info