Vulkanlar bir-birinin ardınca püskürür

İtaliya və Filippindəki vulkanlarda silsilə püskürmələr baş verir. İtaliyada Etna və Filippində Kanlaon vulkanı aktivləşib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyada Avropanın ən aktiv vulkanı olan Etnada vulkanik aktivlik güclənib.

Vulkan gecə saatlarında lava və kül püskürtməyə başlayıb.

Bu görüntülər 2900 metr hündürlükdə cənub-şərq kraterində aktivlik nəticəsində ortaya çıxıb.

Kraterdən sızan maqma vulkanın yamacından cənub-şərq istiqamətində kütləvi lava axınına səbəb olub. Vulkanda kül və lava atma fəaliyyətlərinin səhər saatlarında başa çatdığı açıqlanıb.

Bildirilib ki, Siciliya adasındakı Etna dağından püskürən bu son kül və lava son aylarda qeydə alınan 13-cü vulkanik aktivlikdir.

Orxan

Gununsesi.info