
Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Gununsesi.info xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.