Mərakeş hökumətindən qurban kəsmək qadağası

  • By Günel
  • 05 İyun 2025 08:32

Mərakeş hökuməti Qurban bayramı ərəfəsində bəzi ticarət fəaliyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərinin yerli idarələrə göndərdiyi təlimatlar çərçivəsində bir çox bölgələrdə heyvan bazarları bağlanıb. Qurbanlıq kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb.

Bəzi yerlərdə qanunsuz satışın qarşısının alınması məqsədi ilə yoxlamalar artırılıb. Qərar ölkədə son illərdə artan quraqlıq, heyvanların sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edilib.

Məlumata görə, Mərakeşdə son 7 ildə davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub.

Mərakeş Kralı VI Məhəmməd bu il xalqı heyvanları qurban kəsməkdən çəkinməyə çağırıb və simvolik olaraq xalqın adından bu ritualı icra edəcəyini açıqlayıb.

Bildirilir ki, 1963, 1981 və 1996-cı illərdə ölkədə insanlardan heyvanları qurban kəsməkdən çəkinmələri istənilib.

Gununsesi.info