Türkiyə Rusiyadan neft məhsullarının idxalını azaldıb

  • By Günel
  • 05 İyun 2025 08:59

2025-ci ilin aprelində Türkiyə Rusiya neft məhsullarının idxalını dörddə bir dəfə azaldıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlum olub ki, tədarüklər iki il yarım ərzində minimum dəyərə – 735,7 milyon dollara çatıb. Mart ayı göstəriciləri ilə müqayisədə bu rəqəm 11 faiz azalıb.

Türkiyə yanvar-aprel aylarında Rusiya neft məhsullarına 3,3 milyard dollar xərcləyib. Bu göstərici bir il əvvəllə müqayisədə 14,5 faiz çoxdur. Satınalmaların əksəriyyətini xam neftdən və ya bitumlu süxurlardan qaz yağları (616,3 milyon dollar), təyyarə yanacağı (49,1 milyon dollar), xam neft və ya bitumlu süxurlardan açıq rəngli neft məhsulları (48,8 milyon dollar), digər qaz yağları (11 milyon dollar) və sürtkü yağları (10,4 milyon dollar) təşkil edib.

Bununla belə, aprel ayında Rusiya Türkiyəyə neft məhsullarının əsas tədarükçüsü olub.

Gununsesi.info