Rusiya yenə dinc əhalini vurdu

  • By Günel
  • 05 İyun 2025 08:37

Rusiya ordusu iyunun 5-nə keçən gecə kamikadze dronlarla Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə hücum edib.

Gununsesi.info “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, yaşayış binalarının vurulması zamanı iki qadın və bir yaşlı uşaq da daxil olmaqla ən azı beş nəfər ölüb. Daha 6 şəhər sakini xəsarət alaraq, xəstəxanalara çatdırılıb.

Partlayışlar yaşayış məntəqələrində baş verib. İki yaşayış binası, iki qaraj, bir yardımçı tikili və bir avtomobil yanıb.

Yerli hakimiyyət orqanları zərbələrin infrastrukturları deyil, mülki binaları hədəf aldığını bildirir.

Faciə yerində xilasedicilər, polis və həkimlər işləyir.

Gununsesi.info