
Mərakeş hökuməti Qurban bayramı ərəfəsində heyvan bazarlarını “quraqlıq və heyvanların sayının azalması” səbəbi ilə bağladı və qurbanlıq heyvanların kəsilməsi ilə bağlı bütün ticarət fəaliyyətini müvəqqəti olaraq dayandırdı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeddi ildir şiddətli quraqlıqla mübarizə aparan və yağışın 30 illik orta göstəricidən 53 faiz aşağı olduğu Mərakeşdə Qurban bayramı öncəsi heyvanların qurban kəsilməsi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib.
Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərinin yerli idarələrə göndərdiyi təlimatlar çərçivəsində heyvan bazarları da bağlanıb.
Bəzi rayonlarda qanunsuz satışın qarşısının alınması məqsədilə yoxlamalar artırılıb.
Qərarın ölkədə son illərdə artan quraqlıq, heyvan sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edildiyi açıqlanıb.
Orxan