
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar TÜRKSOY-un diplomatı seçilib.
Gununsesi.info xəbər verir ki, o, Qırğızıstanın Oş şəhərində keçirilən, görkəmli qırğız şairi Colon Mamutovun 85 illik yubileyinə həsr edilən “Yaşıl aləm” adlı I Beynəlxalq Türk Dünyası Gənc Şairlər Festivalında iştirak edib.
Azərbaycanlı şair burada C. Mamıtovun adını daşıyan medala da layiq görülüb.
Diplomat diplomunu və medalı ölkənin mədəniyyət, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev təqdim edib.
Qeyd edək ki, I Beynəlxalq Türk dünyası gənc şairlər festivalına Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan 30 nəfərdən çox iştirakçı qatılıb.
Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən yazarlardan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar diplomat, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, AYB üzvü Nadir Yalçın və DGTYB-nin başqan müavini Ayşən Rəhim laureat seçiliblər.