Hindistanda yağışlar 30 nəfərin ölümünə səbəb olub

  • By Günel
  • 01 İyun 2025 16:14

Hindistanın şimal-şərqində yağışlardan sonra onlarla insan daşqın və torpaq sürüşməsi nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

Həftə sonu Hindistanın şimal-şərqində aramsız yağan musson yağışları nəticəsində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər ölüb.

Qeyd edək ki, leysan üç gündür davam edir və Hindistanın meteoroloji agentliyi bir neçə şimal-şərq rayonları üçün qırmızı həyəcan siqnalı verdiyi üçün yaxın günlərdə bölgədə daha güclü yağışların olacağı proqnozlaşdırılır.

Gununsesi.info