Bakıda 21 yaşlı qadın döyülərək öldürüldü

  • By Günel
  • 01 İyun 2025 16:04

Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızı kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.

Onu döyərək öldürməkdə şübhəli bilinən əri 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info