Türkiyədə ağır qəza - 5 ölü, 2 yaralı

  • By Günel
  • 02 İyun 2025 08:27

Türkiyənin Qaziantep şəhərində avtomobil qəzası nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, Qaziantepdə yüngül ticarət maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb. Qəzada həyatını itirən 2-si uşaq olmaqla 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Qəza gecə saatlarında Aydınlar rayonunda baş verib. Əsri qəbiristanlığının yaxınlığında 27 AY 25 dövlət nömrə nişanlı avtomobillə 27 BBB 183 dövlət nömrə nişanlı yüngül kommersiya avtomobili üz-üzə toqquşub. Qəzanın şahidi olanlar vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərin ardından qəza yerinə çoxlu sağlamlıq və polis qrupları sövq edilib. Hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyi müəyyən edilib. Yaralanan 4 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Ağır yaralanan daha iki nəfəri həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Yaralılardan 2 nəfərin müalicəsinin davam etdiyi öyrənilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info