Mingəçevirdə binadan yıxılan oğlan öldü

  • By Günel
  • 01 İyun 2025 17:24

Mingəçevirdə binadan yıxılan 1993 -cü il təvəllüdlü Kərimov Taleh Binyamin oğlu ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Əldə edilən məlumata görə, Taleh Kərimov Yataqxana binasının 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info