
Bu gün səhər saatlarında Rusiya Xarkova dron və raketlərlə hücum edib.
Gununsesi.info “Unian.net”ə istinadən xəbər verir ki, hücum nəticəsində Xolodnoqorsk rayonunda yanğın baş verib, bir neçə fərdi ev və avtomobilə ziyan dəyib.
İki ballistik raket isə Kiyevski rayonuna düşüb.
Xolodnoqorsk vilayətinə edilən hücumlar nəticəsində 5 nəfər yaralanıb, onların arasında 7 yaşlı uşaq da var.
Ötən gecə Prezident Volodimir Zelenski ukraynalılara kütləvi zərbə təhlükəsi barədə xəbərdarlıq etmişdi.