Xamenei xalqa müraciət etdi ABŞ-ni hədələdi

İranın ali lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “dərhal təslim olmaq” çağırışına cavab verib.

Gununsesi.info -nun məlumatına görə, o, xalqa müraciətində İran xalqının heç vaxt təslim olmayacağını bildirib.

O qeyd edib ki, ABŞ İranla hərbi münaqişəyə girdiyi təqdirdə bunun nəticəsi onun üçün çox ağır olacaq.

“Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlar üçün düzəlməz zərərlə nəticələnəcək”, – Əli Xamenei deyib.

Gununsesi.info