İsrail Nazirlər Kabineti bunkerdə görüşəcək

  • By Admin2
  • 18 İyun 2025 16:18

İsrail Təhlükəsizlik Kabinetinin bu gün yerli vaxtla saat 22:00-da bunkerdə görüşəcəyi gözlənilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumu ilə başlayan İsrail-İran müharibəsi 6 gündür davam edir və İsrail Təhlükəsizlik Kabinetinin bu gün toplanacağı açıqlanıb.

Ynet xəbər saytının məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti bu gün yerli vaxtla saat 22:00-da bunkerdə görüşəcək. Xəbərə görə, hökumətin də ondan əvvəl bir araya gələrək saat 18:00-da iclas keçirəcəyi gözlənilir. 

İyunun 12-də axşam saatlarında İsrail təhlükəsizlik kabineti iclas keçirib və səhər saatlarında baş nazir Benyamin Netanyahu İrana qarşı hərtərəfli hücuma keçdiklərini açıqlayıb.

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun ali komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı və bir neçə yüksək səviyyəli komandir, eləcə də 9 nüvə alimi həyatını itirərkən, mülki əhalinin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun ballistik raketlərlə vurduğu raket zərbələri nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Gununsesi.info