
Ukrayna lideri Zelenskinin İstanbulda keçiriləcək sammitdə yalnız Rusiya lideri Putinlə görüşəcəyi açıqlanıb. Açıqlamaya görə, Ukrayna lideri Rusiya nümayəndə heyətindən başqa heç kimlə görüşməyəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi olacağı gözlənilən danışıqlar yaxınlaşdıqca bütün dünyanın gözü İstanbula çevrilir.
Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə yalnız həmkarı, Rusiya lideri Vladimir Putinlə görüşəcəyi açıqlanıb.
Ukrayna prezidentinin müşaviri Reuters agentliyinə bildirib ki, Zelenski Rusiya nümayəndə heyətinin digər üzvləri ilə görüşməyəcək.
Qeyd edək ki, Ukrayna lideri müharibənin sona çatması üçün danışıqlar üçün İstanbulda Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.
ABŞ prezidenti Donald Tramp da qrafiki uyğun gələrsə, danışıqlara qatılacağına işarə edib.
Müharibənin digər tərəfi olan Rusiya isə sammitdə iştirak edib-etməyəcəyini və hansı səviyyədə iştirak edəcəyini hələ dəqiqləşdirməyib.
Orxan