Trampın Yaxın Şərq turu başlayır

ABŞ prezidenti Tramp ikinci müddətində ilk xaricə səfərini edir. Trampın Yaxın Şərq turnesinin ilk dayanacağı Səudiyyə Ərəbistanı olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın prezident təyyarəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda eniş edib.

ABŞ liderinin Ər-Riyad səfəri çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü planlaşdırılıb.

Trampın gündəmində İranın nüvə proqramı, Qəzzada müharibəyə son qoyulması və neftin qiymətinin aşağı salınması kimi məsələlər var.

Səudiyyə Ərəbistanı Kral Sarayında qonaq ediləcək Tramp ABŞ-Səudiyyə investisiya forumunda da iştirak edəcək.

Orxan

Gununsesi.info