
İsrail ordusu Tehranın mərkəzinə silsilə zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Onlarla hədəf, o cümlədən hərbi raket istehsalı obyektləri və İranın nüvə silahı layihəsinin tədqiqi və inkişafı üçün SPND qərargahı vurulub”, – məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Tehrana hücumda 60-dan çox qırıcı iştirak edib. İrandakı hərbi hədəfləri vurmaq üçün 120-yə yaxın sursatdan istifadə edilib.