
Xorvatiya Prezidenti Zoran Milanoviç İsrail hökumətini sərt tənqid edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Z.Milanoviç İsrailin hazırda cinayətkar dəstə tərəfindən idarə olunduğunu və bu dəstənin bütün dünyanı müharibəyə sürükləmək istədiyini deyib.
Milanoviç, İsrailin əvvəllər olduğu kimi, hazırda da istədiyi kimi davrandığını bildirib:
“Bu, tamamilə aydındır. Siz belə dövlətlə, belə dövlət hökuməti ilə iş görməməlisiniz. Təəssüf ki, bunu edərkən Vaşinqtondan dəstək alırlar. Kimlərsə qlobal qarşıdurma yaratmaq istəyir. Bunu zorla, hiyləgərcəsinə və ABŞ silahları ilə edirlər. Xorvatiya Fələstin dövlətini tanımalıdır. İsrailin siyasəti açıq şəkildə müzakirə edilməlidir”.
Z.Milanoviç Holokostun məsuliyyətinin ona və ya bugünkü Xorvatiya siyasətinə aid olmadığını bildirib: “Tarixlə bağlı heç bir aşağılıq kompleksi və ya günahkarlıq hissi ilə danışmağa ehtiyac yoxdur. Cinayətkarlar layiq olduqları adlarla çağırılmalıdırlar və indiki İsrail administrasiyasında bəzi adamlar günahkardır”.