
İran İsrailə yeni raketlər dalğası buraxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
“Raketlərin buraxılması müəyyən edildikdən sonra İsrailin Beer-Şeva şəhərində və digər ətraf şəhərlərdə İranın ballistik raket hücumu ilə əlaqədar həyəcan siqnalları işə salınıb. Təhlükəni zərərsizləşdirmək üçün müdafiə sistemləri işləyir”- SAXAL-ın məlumatında deyilir.
Ordu neçə raketin buraxılması və ya hər hansı zərər barədə məlumatın olub-olmadığını açıqlamayıb. Əhaliyə növbəti bildirişə qədər sığınacaqları tərk etməmək barədə xəbərdarlıq edilib.