
Seneqal Qadın Milli Basketbol Komandası viza müraciətlərinin rədd edilməsi səbəbindən ABŞ-də keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv etməli olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 25 iyul – 3 avqust tarixləri arasında Fil Dişi Sahilində keçiriləcək Afrika Qadınlar Basketbol Çempionatına hazırlaşan Seneqal Qadın Milli Basketbol Komandasının ABŞ düşərgəsi viza böhranı səbəbindən ləğv edilib.
Baş nazir Ousmane Sonko Facebook hesabından verdiyi açıqlamada, “Seneqal Qadın Milli Basketbol Komandasının bəzi üzvlərinə viza verilməməsindən sonra ABŞ-da keçirilməsi planlaşdırılan 10 günlük təlim-məşq toplanışının tamamilə ləğv edilməsi əmrini verdim” deyib.
Sonko düşərgənin Dakarda keçiriləcəyini bildirib.
ABŞ-nin Dakardakı səfirliyinin yalnız daha əvvəl ABŞ vizası almış şəxslərə viza verdiyi, lakin yeni müraciətləri rədd etdiyi öyrənilib.
Oyunçular və texniki heyət də daxil olmaqla 12 nəfər viza ala bilməyib.
İddialara görə, Donald Tramp administrasiyası bu ayın əvvəlində 12 ölkəyə tətbiq etdiyi səyahət qadağasına əlavə olaraq Seneqal da daxil olmaqla daha 36 ölkəyə viza qadağası və ya məhdudiyyətlər qoymağı düşünür.
Orxan