“Birbank” arayışların qiymətini artırıb

  • By admin
  • 20 İyun 2025 08:26

Azərbaycanın əsas banklarından biri olan “Birbank” (keçmiş adı Kapitalbank) müştəriləri üçün bəzi xidmətlərə görə  qiymətləri iki dəfə artırıb.

Gununsesi.info bildirir ki, bank kartından imzalı və möhürlü şəkildə verilən bank arayışının qiyməti 10 manatdan 20 manata qaldırılıb.

Digər arayışların da qiyməti eyni qaydada ikiqat artırılıb.

Həmçinin, Birbank tərəfindən verilmiş “Star” kartı üzrə əməliyyatlar zamanı 1%, digər kart üzrə isə 1.5% komissiya haqqı tutulmağa başlanıb.

Halbuki son günlərə qədər bu xidmət pulsuz idi.

Afət Abbasova

Gununsesi.info