“Fənərbağça” bu oyunçu ilə yollarını ayırdı

  • By ilhame
  • 20 Avqust 2024 20:24

Joze Mourinyonun komandada istəmədiyi Coau Pedro ilə “Fənərbağça” klubu yollarını ayırıb.

 

Gununsesi.info Sporx.com-a istinadla xəbər verir ki, “Fənərbağça” klubu Coau Pedro ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

 

Xatırladaq ki, 2022-ci ildə “Kalyari” klubundan transfer olunan Coau Pedro ötən mövsümü “Qremio” klubunda keçirib.

 

Qeyd edək ki, Coau Pedro “Fənərbağça” forması ilə çıxdığı 28 matçda beş qol vurub.

Gununsesi.info