
Vladimir Putinin Azərbaycana səfəri regionda yeni geosiyasi dəyişikliyi gücləndirməlidir.
Gununsesi.info xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov NEWS.ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın Qərbə doğru getməsi fonunda Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiləşməsi hər iki tərəfə sərfəlidir, çünki bu, hər iki tərəfə yeni iqtisadi imkanlar, habelə aktual geosiyasi problemlərin həlli üçün platformalar verəcək: “30 ildən çoxdur ki, bu müttəfiq Ermənistan idi, lakin indi o, Fransa, Aİ və ABŞ da daxil olmaqla, Qərb tərəfinə keçməyə qərar verdi ki, onlar da əsas pro-erməni və anti-Azərbaycan qüvvələrinə çevriliblər. Bu kontekstdə Rusiya və Azərbaycan son üç ildə yaxınlaşmağa başlayıb və Putinin səfəri Rusiyanın əsas müttəfiqinin dəyişməsini rəsmiləşdirdi — indi bu, Azərbaycandır”.
Markov qeyd edib ki, Bakı Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar yerinə çevrilə bilər, çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə yaxşı münasibətləri var.
O, həmçinin xatırladıb ki, yaradılmasında Azərbaycanın iştirakı son dərəcə vacib olan Şimal-Cənub nəqliyyat dəhlizi Moskvaya öz iqtisadiyyatını İran və digər ölkələrlə birləşdirməyə imkan verəcək.
İran Amerikanın nəzarəti olmadan Rusiya ilə ticarətdə maraqlıdır: “Rusiya və İran Amerikanın nəzarətindən kənarda bir-biri ilə ticarət etmək istəyirlər. Şimal-Cənub dəhlizi Fars körfəzi ilə birləşir və eyni zamanda dünyanın ən sürətlə inkişaf edən iqtisadi rayonlarından biri olan Hindistanın cənubuna gedir”.
Qeyd edk ki, Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevin apreldə Moskvaya səfərinin ikitərəfli münasibətlərin inkişafına yaxşı təkan verdiyini bildirib.
Şəbnəm