İngiltərədə məktəblərdən LGBTQ məzmunlu kitabları yığışdırırlar…

  • By Günel
  • 20 Avqust 2024 18:13

İngiltərədə araşdırma nəticəsində məktəb kitabxanalarının  yarıdan çoxunun valideynlərin tələbləri əsasında LGBTQ məzmunu olan kitablar yığışdırılıb.

“Index on Censorship” tərəfindən aparılan altı aylıq araşdırmaya görə, sorğuda iştirak edən 53 kitabxanaçıdan 28-i (53 faiz) LGBTQ məzmunlu kitabların ortadan qaldırılması üçün müraciət etdiklərini bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, valideynin bir kitabla bağlı məktəb kitabxanaçısına şikayətindən sonra LGBTQ mövzulu bütün kitabları ortadan qaldırmaq tapşırılıb.

Şikayət olunan  məşhur kitablar arasında Juno Dawson-un “This Book Is Gay” (Bu kitab homoseksual) kitabı yer alıb.

Araşdırmaya görə, kitabların aradan qaldırılması ilə bağlı müraciətlərin yarıdan çoxu valideynlərdən gəlib.

Sorğuda adlarının açıqlanmasını istəməyən bir çox kitabxanaçılar kitabları aradan qaldırmadıqları halda, işlərini itirəcəklərindən narahat olduqlarını ifadə ediblər. Bəziləri arxa şkafdan gizlicə qeydsiz kitabları verərək, əmrə tabe olmadıqlarını, uşaqların LGBTQ kitabını oxumağa icazə verdikləri üçün, valideynlər tərəfindən işdən çıxarılması ilə qarşı-qarşıya gəldiklərini bildiribər.

Heartstopper'da Tobie Donovan'ın canlandırdığı Isaac karakteri elinde kitaplarla görülüyor.

 

Günel

Gununsesi.info