Qüdrət Həsənquliyev seçicilərin problemlərini dinləyib – Fotolar

  • By Günel
  • 20 Avqust 2024 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Gununsesi.info xəbər verir ki, ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Qüdrət Həsənquliyev görüşdə seçki platforması barədə məlumat verib, iqtisadi inkişafı şərtləndirən amillərə toxunub və digər vacib məsələlərdən söz açıb.

Daha sonra ƏHD Partiyasının sədri görüşdə iştirak edən seçicilərin qaldırdığı problemləri dinləyib və sualları cavablandırıb.

Gununsesi.info